16 C
Baku
Tuesday, April 30, 2024

Debitor borcları idarə olunmazsa, nə baş verər?

1. Əgər iş borcun artması üzrə təşkil olunarsa, onda…

Son zamanalr çox eşidirik ki, bütün dünya borc içində yaşayır, bizim nəyimiz onlardan əskikdir ki? Bir qayda olaraq, bu hazırda Azərbaycanda çoxlu riskli kreditlərin verilməsi barədə danışılan narahatçılığa cavabdır. Hamının kredit götürməklə yaşaması ilə razılaşmamaq çətindir, lakin nəzərdən keçirdikdə aydın olur ki, bütün dünya bunu bizim etdiyimiz kimi yox,öz qaydaları ilə edir.

Məsələn, Aydaxoda insanlar krediti nece götürür? Onlar banka gəlib hesab açdırır, bununla bağlı kredit kartoçkası alır. Bank bu kredit kartını verməzdən əvvəl iki həftəyə qədər müştərini yoxlayır. Müraciət edən haqqında bütün məlumatlar – iş yeri, ailəsinin tərkibi, ailə büdcəsi və s. nəzərdən keçirilir. Kartoçka verildikdən sonra bank faktiki olaraq uzun müddətə müştərinin alıcılıq qabiliyyəti olmasının qarantına çevrilir. İstənilən ödəniş, hətta müştərinin bunun üçün ödəməyə pulu olmayan ödəniş bank tərəfindən onun əvəzinə yerinə yetiriləcək (kredit veriləcək). Müştəri kartoçkanı almaq üçün bütün əmək haqqını banka keçirir, o da öz növbəsində ona əvvəl  əmək haqqının 50%-i, sonra isə (yarım ildən sonra) 70%-i, daha sonra yenə artırmaqla limit açır. Bir-iki ildən sonra müştəri üç aylıq əmək haqqı həcmində limitə malik ola bilər.  “Mikrokredit” problemi bu cür həll edilir. Fikir verin, bank nəinki pulları verir, həm də resurs bazası böyüyən şərtləri əvvəldən razılaşdırır (müştəri hesab açıb ona gəlirlər köçürür), sonra isə müştəriyə vəsait verir və kreditləşmə limitini çox ləng artırır. Bu zaman kreditləşmə ilə məhz bank məşğul olur, ticarət edən təşkilat isə istənilən halda müştəriyə təqdim olunan mal üçün öz pulunu alır. Bizdə isə ticarətlə məşğul olan təşkilatların özü kreditlər verir, yəni əvvəllər dediyimiz kimi, borcluların  “hesablarını aparırlar”.

Bəs borcun artnası üzrə düzgün təşkil edilməmiş işin nəticəsi nədir?  Cavab məlumdur: aşağı keyfiyyətli borc. Nəticə ləğvedilmə norması olan borc olacaq ki, bu da kritik həddi xeyli üstələyir (bir qayda olaraq, borcun ümumi məbləğinin 5%-i).

Borcların artması üzrə işi düzgün olaraq necə təşkil etməli? Kreditləşmənin kreditor üçün olduqca sərfəli olmasına baxmayaraq (bu həm biznesin inkişaf etdirilməsidir, həm də əlavə gəlirlərdir) müştəru üçün kredit almaq müəyyən çətinliklərlə bağlı olmalıdır.  Başlıca qayda budur – krediti qazanmaq lazımdır. Bunun üçün müştəri mübarizə aparmalıdır. Arayişlar toplamalıdır. Əmək haqqı barədə məlumatları açıqlamalıdır. Əmlak girov qoymalıdır. Satış həcmini artırmalıdır. Aktivlərini leqallaşdırmalıdır. Özü risk edərək vəsaitin bir hissəsini layihənin əsasına qoymalıdır. Özünü və mənzilini söğortalamalıdır. Biznes-plan hazırlamalıdır. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatında aydın olmayan rəqəmləri aydınlaşdırmalıdır. Və bir həftədən sonra deyil, 3 saatdan sonra. Başlıca prinsip aydındır: müştəri tamamilə əmin olmalıdır ki, kredit heç də hamıya verilmir.

Əgər pullar havayı və praktiki olaraq cəzasız paylaşdırılması aparılarsa, borcların keyfiyyətinin düzəlməyən pisləşməsi baş verər, ola da bilər ki, növbəti bənddə təsvir edilən hallar baş versin.

2. Əgər iş borcun azalması üzrə təşkil olunmazsa, onda…

Borcun azaldılması üzrə pis təşkil olunmuş iş bir qayda olaraq, ümidsiz borcun düzgün uçota alınmaması ilə başlayır, bütün mənfi nəticələr isə bu cür uçotun nəticəsidir. Neqativ nəticələr – ilk baxışdan heç bir motivasiyası olmayan borc artımı və onun keyfiyyətinin katastrofik dərəcədə pisləşməsidir. Bir çox müəssisələr o faktı sadəcə etiraf etmirlər və yaxud etiraf etməkdən qorxurlar ki, ümidsiz debitor borc mövcuddur. Əgər hətta bu fakt etiraf edilirsə belə, bu cür borcla işləmək üçün heç bir strategiya yoxdur. Bu gün onunla hüquqşünaslar, sabah təhlükəsizlik xidməti, birisi gün isə borclunun həyat yoldaşını yaxşı tanıyan və satış şöbəsində işləyən  birisi məşğul olacaq. Bütün bunlar onun nəticəsidir ki, əvvəldən düzgün hesablanmayıb, sonra da gələcək zərərlər üçün mənfəəti azaltmayıblar və alınmış mənfəətdən özlərinə mükafatlar və dividendlər veriblər. Bir aydan sonra həmin şey təkrar olundu. Mükafatlar alındı, rəhbərliyə çatdırıldı ki, hər şey qaydasındadır, rəhbərlik də mükafatını aldı, bəs əslində necədir…

İstənilən bazarın ciddi neqativ artım amillərindən biri odur ki, artımın fonunda heç də həmişə neqativ məqamlar görünmür. Sabit və gur inkişaf edən proseslər fonunda səhv və natamam hesablamalar müvəqqəti amillər, çətinliklər kimi görünür. Bu artıq bir neçə dəfə təkrarlanır – konkret detallal güclü inkişaf edən proseslərin yanında nəzərdən qaçır. çox vaxt son illər ərzində biz belə bir vəziyyət müşahidə etmişik ki, borcun azaldılması məsələlərinə diqqətsizlik qısa müddətdə müəssisəni müflisləşdirməli olduğu halda gur inkişaf edən bazar bu hadisələrin baş verməsini təxirə salırdı. Ən kritik anda ya yeni kreditor meydana çıxır, ya daha sərfəli müqavilə imzalanır, ya da buna oxşar başqa bir şey baş verirdi. Bir müddət hər şey sakitləşir. Lakin müəssisə  bu yolla alınan fasilədən vəziyyəti yaxşılaşdırmaq üçün istifadə etmədi və bir-iki ildən sonra müflisləşmə baş verdi, lakin bu dəfə təşkilat üçün daha ağır nəticələrlə.

Bəs kreditor həqiqətən borcun azaldılması sisteminin qurulmasına diqqət yetirmədikdə, hadisələr necə cərəyan edir?
Kreditorun  aktivlərinin böyük hissəsi – debitor borclarıdır. Onların tərkibində cari borcun, vaxtı keçmiş borcun və ya ümidsiz borcun nə qədər olmasını heç kim bilmir.  Bəzən kreditorun özü də.

Düzgün təşkil olunmamış işin nəticəsi – heç kim tərəfindən nəzarət olunmayan borcların həcminin artmasıdır. Sonra isə bunun nəticəsi kimi, borcların keyfiyyəti kəskin pisləşir. Daha sonra artıq nəyin səbəb, nəyin nəticə olduğu məlum deyil.
Debitor borcların əhəmiyyətli dərəcədə olan hissəsinin ümidsiz, yəni praktiki olaraq şişirdilmiş aktivlərdən ibarət olması faktının nəticəsi, “canlı” pulların daha çox sürətlə çatışmamasıdır. Aktivlərin əhəmiyyətli hissəsi işləmir, lakin bu faktı yoxlayanlardan və rəhbərliyin özündən “gizlədilməsi” nəticəsində mükafatlar müntəzəm olaraq alınır. Nəticədə, əvvəlcə əməkdaşlara əmək haqqı verilməsi üçün vəsait çatışmır, sonra öz kreditlərinin faizləri borc götürülmüş vəsaitlərdən ödənilir, daha sonra isə – son.

Misal kimi, real həyat vəziyyətini götürək.

Balaca regional şirkət vilayət mərkəzində və yaxında yerləşən rayon mərkəzlərində əhalinin istehlakçı kteditləşdirilməsi şöbələri şəbəkəsi yaratmışdır. Bu sahə boş idi – bir neçə il qabaq yerli banklar, onlara riskli gələn belə işlə məşğul olmaqdan çəkinirdilər, mərkəzi bankların iri filialları isə regionda yox idi. Əvvəlcə (qısa müddət) fəaliyyət kifayət qədər gəlirli idi. Biznesin müvəffəqiyyətli olmasına yerli banklarda, iri ticarət şəbəkələridə potensial rəqiblər diqqət yetirdilər. Onların bazara gəlməsi, belə növ əməliyyatların gəlirli olmasını çox aşağı saldı. Xidmət getdikсə daha çox tələb olunurdu, satışın həcminin artımı son dərəcədə yüksək idi – hər ay on faizlərlə ölçülürdü. Xidmətin “populyarlığı”, o cümlədən cinayətkar ünsürlər arasında artmışdı. Ümidsiz debitor borcların həcmi sürətlə artmağa başladı. Şirkət bütün gücünü yeni ərazilərin “mənimsəməsinə” – yeni nümayəndəliklərin açılmasına, kreditləşdirmə işinə yeni ticarət şəbəkələrini  qoşmaq və sair işlərə sərf edirdi. Əsas “Bu gün bazarı zəbt edək, sabah gəlir götürək!” şuarı idi. Vəziyyət onunla mürəkkəbləşirdi ki, nə şirkət sahiblərinin, nə menecmentin bu biznesin yaradılmasından əvvəl pərakəndə maliyyə bazarında iş təcrübələri yox idi.  Bütün bu amillər iki il ərzində ümidsiz borcların həcmini şirkətin valyuta balansının 10% dən artıq olmasına gətirib çıxardı.  Eləcə də şəxsi və borc götürülmüş vəsaitlər nisbəti normativləri şirkət tərəfindən tamamilə pozulmuşdur – kreditlərin 98% dən artıq hissəsi borc götürülmüş vəsaitlər hesabına verilmişdir.

Şəxsi kreditlərin ödənilməsi üçün iki ay bir-birinin ardınca əlavə borclar aldıqdan sonra, şirkət rəhbərliyi fəaliyyətinin nəticələrini analiz etmək qərarı vermişdir.  Yoxlamalar nəticəsində aşağıdakı məlumat əldə edilmişdir:

1. Hətta ümidsiz debitor borcunu nəzərə almadığımız halda belə, real mənfəət yox idi.    Bütün qazanılan vəsaitləri, şirkət özünün regionda olmasının genişləndirilməsinə sərf edirdi, xərclər bu zaman nəzərə alınmırdı. Şirkətin bütün “yatırımları”nı şübhəli xüsusiyyətli aktivlər təşkil edirdi: nümayəndəliklərin ofislərinin təmiri yerinə yetirilmişdi və əlbəttə ki başqa, şişirdilmiş xərclərlə  rəsmiləşdirilmişdi, son dərəcə tez ucuzlaşan aktivlər – kompüterlər, mebel alınmışdı. Üç ildən sonra, ən çoxu beş ildən sonra, bütün bu əmlakı hesabdan silmək lazım gələcək.

2. Əlavə xərclərin yaranması işində, şirkətin genişləndirilməsinə cavabdeh olan personal məmnuniyyətlə iştirak edirdi. Əmək müqavilələrinin, təchiz etmə, icarə müqavilələrinin bağlandığı zaman, qərar qəbul edən menecerlər tərəfindən “kənarlaşmalar” adi qayda halını almışdır. Aydındır ki, bu müqavilələr şirkətə əlverişsiz şərtlərlə bağlanmışdır.

3. İşə başladıqdan iki il sonra təsviyyə borcunun həcmi valyuta balansının təxminən 15% təşkil edirdi.     Bu, fəaliyyət dövrünün birinci ayından, hər səkkizinci-doqquzuncu razılaşma problemli olmağa başlayır. Şirkət öz fəaliyyətinin ancaq birinci iki ayı ərzində gəlirlə çalışıb, və bu ancaq ona görə baş verib ki, ümidsiz borclar o dövrdə hələ yaranmamışdı.

4. Şirkətin ətrafında “işləyən” bir neçə  fırıldaqçı qruplar aşkar olmuşdur.    Müəyyən oldu ki, şirkətin bir neçə əsas əməkdaşı belə qruplarla fəal əməkdaşlıq edirlər. Bu əməkdaşlar faktiki olaraq şirkətin daxilində cinayətkar infrastrukturun yaradıcıları olmuşlar.

Şirkətin rəhbərliyi özündə iradə taparaq, etdiyi səhvləri qəbul etmişdi və lazımi dəyişikliklərə başlamışdı:

•    Borcların təftişi keçirilmiş, geri alınması ümidsiz olan borclar reyestri hazırlanmışdı. Ümidsiz borcların aktiv satışına başlamışdılar.
•    Forvard borcların həcmini hesablamışdılar. Ehtiyat fonda zəruri ayrılmaların normativinin həcmini hesablamışlar.

Keçirilən hesablamalar nəticəsində aşağıdakı qərar qəbul edilmişdir. Müəssisədə üç aylıq fövqəl vəziyyət tətbiq olunur. Bu vaxt ərzində, digər təcili  tədbirlərdən başqa, borclarla işin strukturlaşdırılması üzrə addımlar atılır. Əgər üç ay ərzində müsbət dinamika yaranmasa,  müəssisənin gələcək fəaliyyətinin məqsədəuyğun olması barədə  sual ortaya çıxır.

Bütün planlaşdırılmış tədbirlər bu ya digər uğurla yerinə yetirilmişdir. Üç aylıq işin yekununda aşağıdakı nəticələr alınmışdır:

•    Müəssisənin bağladığı sazişlər gəlirli olmuşlar.
•    Ehtiyat fonduna zəruri ayrılmaların normativi azalmışdır.
•    Müəssisəyə münasib şərtlərlə ümidsiz borcların alınması üçün etibarlı partnyorlar tapılmışdır.

Qəbul olunmuş qərarların yekununda müəssisənin xərclərini əhəmiyyətli dərəcədə azaltmaq, yayılmış vəsaitlərin əhəmiyyətli hissəsini qaytarmaq mümkün olmuşdur. İndi ümid var ki, yenilənmiş müəssisə fəaliyyət zamanı nəticəsində götürülmüş borcları beş ildən az vaxta geri qaytaracaq. Həmin müəssisənin rəhbərləri onu əvvəlcə çıxılmaz vəziyyətə gətirmiş adamlardır. Bu qərarı səhmdarlar çətin qəbul edirdilər, lakin yenə qəbul etdilər. Onun nəticəsi – öz səhvlərini gizlətməyən menecerlərin cəsarətinə mükafatdır.

Müəllif:Banker.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər