İllərdir sizə öyrədiblər ki, əsas odur 3–6 aylıq maaşınızı “qara gün” üçün kənara qoyasınız və depozitdə saxlayasınız. Sonra isə rahatlıqla investisiya edə bilərsiniz. Bu, ən təhlükəli və faydasız maliyyə tövsiyələrindən biridir.
Niyə bu sxem 2025-ci ildə insanların 90%-i üçün işləmir:
1. Siz pis şeylər üçün pul yığırsınız, beyin isə prosesi sabotaj edir.
“Qara gün üçün yığmaq” düşüncəsi şüuraltı olaraq narahatlıq yaradır. Beyin stressdən qaçdığı üçün siz daim bəhanə tapacaqsınız: “gələn ay yığaram”, “bu xərclər indi təcilidir” və s. Bu işləmir, çünki hədəf neqativdir.
2. İnflyasiya yığımlarınızı “yeyir”.
Yığdığınız pulu depozit şəklində banka yerləşdirdiyiniz zaman inflyasiya onların bir qismini “yeyir”, çünki depozit faizi heç bir zaman inflyasiyanı üstələmir. Beləliklə, əziyyət çəkirsiniz, lakin pulun alıcılıq qabiliyyətini aşağı düşür.
3. “Qara gün” çox vaxt düşündüyünüzdən daha qara olur.
İş itkisi + maşının xarab olması + qohumun xəstəliyi. Nəticədə, 6 aylıq yastığınız cəmi 2 aya çatır. Panika, kreditlər, borc bataqlığı. Sizin “təhlükəsizliyiniz” illüziya imiş.
4. Bu, dalandır.
Siz həyatı sonraya saxlayırsınız. 3 il ərzində “yastıq” üçün pul yığarkən investisiya etməmisiniz. Mürəkkəb faiz, vaxt və imkanları əldən verirsiniz. Pulunuzu ən səmərəsiz alətdə dondurmusunuz.
5. Siz səbəbi yox, nəticəni müalicə edirsiniz.
Əsas problem – az və ya qeyri-sabit gəlirinizdir, yığımlarınızın olmaması deyil. Siz kiçik maaşdan “yastıq” yığmaq üçün özünüzü sıxarkən, vaxt və əsəb itirirsiniz. Maliyyə təhlükəsizliyi üçün edə biləcəyiniz ən yaxşı şey gəlirinizi artırmaqdır.
Bəs bunun əvəzinə nə etmək lazımdır?
Məbləği deyil, maliyyə arxitekturasını dəyişmək lazımdır. Məqsədiniz pis gün üçün pul yığmaq yox, maliyyə dayanıqlığı sistemi qurmaq olmalıdır.
1. Düşüncəni dəyişin. Siz “qara gün”ə yox, “sakitlik və inam hissinə” yığırsınız. Psixika üçün fərq çox böyükdür.
2. “Toxunulmaz fond” yaradın, “yastıq” yox.
-
1-ci ay: Maşının/texnikanın təcili təmiri üçün məbləğ.
-
2-ci ay: Qəfil səfər üçün məbləğ.
-
3-cü ay: İşinizi itirdiyiniz halda 2 aylıq yaşayış üçün məbləğ.
-
Dayanın. 6 ay lazım deyil. Bu, gözlənilməz halların 90%-də kredit götürməməyə bəs edir.
3. Pulunuzu depozitdə yox, faiz itirmədən çıxarıla bilən yığım hesabında saxlayın. Bu halda pul doğrudan da likvid olur.
4. Əsas diqqəti gəlirə yönəldin. Uzun müddət ertələdiyiniz şeyə başlayın: bacarıqlarınızı artırın, əmək bazarına baxın, yeni layihə götürün. Gəlirinizi 20% artırmaq, 1 il qəhvədən qənaət etməkdən daha effektivdir.
5. Yuxarıdakı hər şeydən sonra dərhal investisiya edin. “Kifayət qədər yastıq” yığılmasını gözləməyin. Hər ay 25, 40, 50 manatdan başlayaraq ETF və ya istiqrazlara sərmayə edin. Sizi böhrandan qoruyan əsas şey nağd pul yox, artan aktivləriniz və yüksək gəlirinizdir.







