Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin 2025-ci ilin yanvar – avqust ayları üzrə dövriyyələri açıqlanıb.
Banker.az xəbər verir ki, 28 milyard 391 milyon manat dövriyyə ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 1-ci, 23 milyard 978 milyon manat dövriyyə ilə “ABB İnvest İnvestisiya Şirkəti” QSC 2-ci, 3 milyard 484 milyon manat dövriyyə ilə “CPM-İnvest İnvestisiya Şirkəti” ASC 3-cü olub.