25 C
Baku
Saturday, September 6, 2025

BYD tələbatın düşməsi fonunda satış planını kəskin azaldıb

Dünyanın ən böyük elektromobil istehsalçısı BYD satış planını yenidən nəzərdən keçirib. “Reuters”in məlumatına görə, Çin şirkəti bu il 4.6 milyon elektromobil satmağı gözləyir, bu da mart ayında təqdim edilən ilkin plandan 16% azdır. Agentliyin mənbələri bildiriblər ki, həmin vaxtdan bəri satış planı bir neçə dəfə azaldılıb.

Məlumata görə, BYD-ni buna digər istehsalçıların artan rəqabəti və ümumilikdə elektromobillərə tələbatın azalması məcbur edir. 2025-ci ilin ilk səkkiz ayı ərzində BYD ilkin planın yalnız 52%-ni yerinə yetirə bilib.

2024-cü ilə qədər BYD-nin istehsal və satışı sürətlə artır, lakin cari ildə satışlar azalmağa doğru gedir. Ötən həftə BYD rüblük mənfəətinin 30% düşdüyünü açıqlayıb — bu, son üç ildən çox müddətdə ilk dəfədir baş verir.

Son xəbərlər
Digər xəbərlər