28 C
Baku
Friday, September 5, 2025

“Naxtel” abunəçiləri öz nömrələrini saxlamaqla “Bakcell”ə keçid edəcəklər

1 oktyabr – 1 dekabr 2025-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası, həmçinin Bakı və Gəncə şəhərlərində yerləşən “Bakcell”in xüsusi xidmət mərkəzlərinə müraciət edən “Naxtel” abunəçiləri mövcud nömrələrini öz adlarında saxlayaraq “Bakcell” şəbəkəsinə keçid edə bilərlər.

Bu barədə   “Bakcell”dən məlumat verilib.

Bildirilib ki, “Bakcell” şəbəkəsinə keçid edən abunəçilər mövcud tariflərlə yanaşı, yalnız “Naxtel” abunəçiləri üçün nəzərdə tutulan özəl kampaniyadan da faydalana bilərlər. “GO” tariflərinə qoşulan abunəçilərə 12 ay müddətində özəl endirimlər təqdim olunacaq:

  • GO 7.99 – İlk tarifə qoşulma və 1 yenilənmə – ödənişsiz. Növbəti 22 yenilənmə 20% endirimlə;
  • GO 11.99 – İlk tarifə qoşulma ödənişsiz. Növbəti 11 yenilənmə 20% endirimlə;
  • GO 17.99 – İlk tarifə qoşulma ödənişsiz. Növbəti 11 yenilənmə 20% endirimlə;
  • GO 29.99 – İlk tarifə qoşulma ödənişsiz. Növbəti 11 yenilənmə 20% endirimlə.

Qeyd edək ki, abunəçilər xidmət mərkəzlərinin ünvanları və ətraflı məlumatı linkə keçid edərək əldə edə bilər.

 

Mənbə:APA

Son xəbərlər
Digər xəbərlər