26 C
Baku
Thursday, September 11, 2025

Rusiya FTX guya terror aktları planlaşdıran Azərbaycan vətəndaşının saxlanıldığını açıqlayıb

Rusiyada guya terror aktları planlaşdıran Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Stavropol diyarında saxlanılan Azərbaycan vətəndaşının “Rusiya Federasiyası ərazisində qadağan olunmuş Ukrayna terror təşkilatına qoşulduğu”, “tapşırıqla təxribat və terror aktları törətmək üçün nəzərdə tutulan bir sıra obyektlərin, xüsusən də Yessentuki və Stavropol şəhərindəki hüquq-mühafizə orqanlarının inzibati binalarının və nəqliyyat infrastrukturunun ətraflı araşdırılmasını həyata keçirdiyi” iddia olunur.

Son xəbərlər
Digər xəbərlər