10 C
Baku
Wednesday, December 11, 2024

Helikopter hərracının bitməsinə 2 gün qaldı

“Mİ-8 MTV1” helikopterini almaq uçun hərraca qatılmaq istəyənlərin 2 günü qalıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 3 ədəd Mİ-8 MTV1 helikopterini hərraca çıxarıb.

Hərracda qatılmaq üçün sənəd qəbulu bu həftənin çərşənbə günü – mayın 18-də bitir.

Helikopterlər satışa ilk dəfə çıxarılmır. Komitə 2014-cü ilin payızında da müştəri axtarışına çıxmışdı. Amma, görünür, istismar müddətini başa vurmuş bu hava gəmilərinə o zaman maraq göstərən olmayıb.

Hərracların Təşkili üzrə Auksion Mərkəzi direktorunun müavini Salavat İbrahimov IMDK-nın «Mülkiyyət» qəzetinə xeyli vətəndaşdan müraciət daxil olduğunu bildirib.

Onun fikrincə, texniki bərpa işlərindən sonra 1991-ci və 1993-cü il istehsalı olan bu helikopterlərin istismarına icazə veriləcək.

Helikopterlərə 130 min manatdan 134 min manatadək, yəni bir “bərkgedən” minik avtomobilinin qiyməti qoyulub. Hərracda alıcı çox olarsa, qiymət yüksələ bilər.

Mayın 24-də baş tutacaq hərraca elektron sifarişlə də qatılmaq olar. Amma hərrac keçirilən gün Auksion Məhkəzində olmaq şərtdir. Salavat İbrahimovun sözlərinə görə, gələcəkdə hərraclar tam elektron qaydada keçiriləcək.

 

«Azərbaycan Hava Yolları» QSC-də AzadlıqRadiosuna deyiblər ki, sözügedən helikopterlərin onlara heç bir aidiyyatı yoxdur. Ümumiyyətlə, indi AZAL-ın sərəncamında bu tip hava nəqliyyatının olmadığı bildirilir:

Helikopterlərin 4 ton yük tutumu var, onunla bir gəzintinin adamlarını – 22 nəfəri daşımaq olar.

Azadlıq.org

Son xəbərlər
Digər xəbərlər