25 C
Baku
Thursday, September 11, 2025

Paşinyan İrəvanın Bakı ilə müqavilədən əvvəl Minsk Qrupunun buraxılmasına niyə razılaşdığını açıqlayıb

Avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər Ermənistanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını şərtləndirdiyi üçün Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi imzalamazdan əvvəl ATƏT-in Minsk Qrupunun buraxılmasına razılıq verib.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan hökumətinin sülh sazişi paraflanandan sonra ATƏT-in Minsk qrupunun buraxılmasına razılaşmasına məhz bu prinsiplərin təsbiti səbəb olub.

“Bir sıra məsələlərin bizim üçün məqbul şəkildə tənzimləndiyini görəndə, bu şansı əldən verə bilməyəcəyimizə qərar verdik”, – Baş nazir bildirib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər