25 C
Baku
Thursday, September 11, 2025

Paşinyan: “ATƏT-in Minsk qrupu heç vaxt faydalı olmayıb”

ATƏT-in Minsk qrupunun fəaliyyəti Qarabağ münaqişəsinin həllinə deyil, onun dərinləşməsinə xidmət edib.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, Qarabağ məsələsi artıq çoxdan həll olunmuşdu, lakin bu barədə İrəvana məlumat verilmirdi.

“Əslində söhbət Ermənistanın özündən gedirdi. Çünki bu məsələ Ermənistanın ərazi bütövlüyünün parçalanmasına, suverenlik və müstəqilliyin itirilməsinə gətirib çıxaracaqdı. Minsk qrupundakı bütün danışıqlar da bunun üzərində qurulmuşdu. Bizim asılılıqlarımızın ikiqat, üçqat, onqat artırılması üçün”, – Baş nazir vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər