2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 28187.3 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 14572.5 milyon dollarını və ya 51.7 faizini ölkədən ixrac olunmuş məhsulların, 13614.8 milyon dollarını (48.3 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 957.7 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İyula qədər xariclə ticarətdə 920.1 milyon dollar müsbət saldo vardı
2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7.4 faiz artmış, real ifadədə isə 5.1 faiz azalmışdır. İdxal real ifadədə 1.2 faiz artmış, ixrac isə 9.6 faiz azalmışdır.
2025-ci ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı 2088.0 milyon dollar təşkil etmiş və 2024-cü ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 11.4 faiz artmış, real ifadədə isə 11.8 faiz azalmışdır.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 26.0 faizi İtaliya, 11.7 faizi Türkiyə, 10.6 faizi Rusiya, 8.7 faizi Çin, hər biri 3.1 faiz olmaqla Almaniya və Birləşmiş Krallıq, 2.6 faizi ABŞ, 2.1 faizi Çexiya, 1.8 faizi Qazaxıstan, hər biri 1.6 faiz olmaqla Gürcüstan, Bolqarıstan və Xorvatiya, hər biri 1.5 faiz olmaqla Yunanıstan, Rumıniya və İsveçrə, 1.4 faizi Portuqaliya, 1.3 faizi Avstraliya, 1.2 faizi İran, hər biri 1.0 faiz olmaqla Ukrayna, Meksika və Cənubi Afrika Respublikası, 0.9 faizi Özbəkistan, 13.2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
İxracın 47.3 faizini İtaliyaya, 13.2 faizini Türkiyəyə, 4.7 faizini Rusiyaya, 3.6 faizini Çexiyaya, hər biri 3.0 faiz olmaqla Xorvatiya və Bolqarıstana, 2.7 faizini Yunanıstana, hər biri 2.5 faiz olmaqla Rumıniya, Portuqaliya, Gürcüstan və Almaniyaya, 1.6 faizini İsveçrəyə, 1.4 faizini Birləşmiş Krallığa, 1.1 faizini İrlandiyaya, 0.9 faizini Niderlanda, 0.8 faizini Ukraynaya, 0.7 faizini Serbiyaya, hər biri 0.5 faiz olmaqla Tailand və İndoneziyaya, hər biri 0.4 faiz olmaqla Tunis, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Danimarka və Çinə, 3.0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34.3 faiz), Türkiyəyə (16.3 faiz), İsveçrəyə (8.9 faiz), Gürcüstana (8.8 faiz), Ukraynaya (5.3 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3.0 faiz), Qazaxıstana (2.9 faiz), Belarusa (2.2 faiz), ABŞ-a (2.0 faiz), Türkmənistana (1.7 faiz), Özbəkistana (1.7 faiz), İtaliyaya (1.2 faiz), Çinə (1.1 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18.0 faizi Çin, 17.2 faizi Rusiya, 10.1 faizi Türkiyə, 5.3 faizi ABŞ, 4.9 faizi Birləşmiş Krallıq, 3.8 faizi Almaniya, 3.4 faizi Qazaxıstan, 2.7 faizi Avstraliya, 2.5 faizi İran, 2.2 faizi İtaliya, hər biri 2.0 faiz olmaqla Meksika və Cənubi Afrika Respublikası, hər biri 1.7 faiz olmaqla Özbəkistan və Braziliya, 1.6 faizi Yaponiya, 1.5 faizi Koreya, 1.4 faizi Belarus, 1.3 faizi İsveçrə, 1.2 faizi Ukrayna, hər biri 1.1 faiz olmaqla Kanada və Fransa, hər biri 1.0 faiz olmaqla İspaniya və Hindistan, 11.3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2025-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 41.8 faiz, təzə tərəvəz – 14.8 faiz, şəkər – 66.6 faiz, kartof – 46.8 faiz, siqaretlər – 7.7 faiz, bitki yağları – 26.5 faiz, çay – 7.9 faiz, mineral gübrələr – 10.0 faiz, polietilen – 15.6 faiz, emal olunmamış alüminium – 19.1 faiz, sement klinkerləri – 28.0 faiz, pambıq ipliyi – 28.2 faiz, qara metallardan borular – 24.0 faiz artmış, meyvə və tərəvəz şirələri ixracı isə 8.0 faiz, meyvə və tərəvəz konservləri – 14.5 faiz, tütün – 49.1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 33.5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 38.7 faiz, pambıq lifi – 10.9 faiz, polipropilen – 4.9 faiz, elektrik enerjisi – 21.6 faiz, qara metallardan çubuqlar – 17.6 faiz, bentonit gili – 12.4 faiz azalmışdır.
2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 2025-ci ilin yanvar-iyul aylarında buğda idxalı 40.3 faiz, kərə yağı, digər süd yağları və pastaları – 3.6 faiz, xam şəkər – 21.4 faiz, şokolad və şokolad məhsulları – 0.9 faiz, kartof – 20.2 faiz, təzə tərəvəz – 34.0 faiz, siqaretlər – 4.2 dəfə, minik avtomobilləri – 26.1 faiz, polad prokatı – 5.1 faiz, məişət kondisionerləri – 20.0 faiz, rezin şinlər – 10.2 faiz, mebellər – 0.2 faiz, qara metallardan çubuqlar – 21.2 faiz, polietilen – 10.4 faiz, paltaryuyan maşınlar – 6.8 faiz, avtobuslar – 2.3 dəfə, məişət soyuducuları – 21.7 faiz artmış, bitki yağları idxalı isə 13.8 faiz, təzə meyvə – 16.7 faiz, unlu qənnadı məmulatları – 3.4 faiz, çay – 6.3 faiz, quş əti və onun əlavə məhsulları – 20.6 faiz, mal əti – 12.9 faiz, dərman vasitələri – 14.9 faiz, qara metallardan borular – 24.0 faiz, hesablama maşınları, blok və qurğuları – 5.5 faiz, yük avtomobilləri – 0.5 faiz, sintetik yuyucu vasitələr – 6.5 faiz, mineral gübrələr – 0.3 faiz, polipropilen – 0.5 faiz, qara metallardan künclüklər – 3.5 faiz, sement – 21.7 faiz azalmışdır