“DəmirBank” tələbələr və universiteti yeni bitirmiş istedadlı gənclər üçün nəzərdə tutulmuş “Yay Təcrübə Proqramına” start verib. Təcrübəçilər təcrübə zamanı dərin biliklərə yiyələnmək, güclü komandada çalışmaq və müvəffəqiyyətli karyera üçün lazım olan texniki və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar.
Proqram güclü potensialı və Bank daxilində sürətli adaptasiya nümayiş etdirmək qabiliyyətinə malik müxtəlif ixtisas sahələrində olan tələbələr üçün nəzərdə tutulub. Təcrübə müddəti tələbələrin və Bankın razılığı ilə 1 aydan 3 ayadək müddətdə davam edəcək.
Namizədlər üçün tələblər:
- Universitet tələbəsi (iqtisadiyyat və idarəetmə sahələrində təhsil alanlara üstünlük verilir)
- İnsanlarla peşəkar ünsiyyət qurma bacarığı
- Yüksək analitik düşünmə qabiliyyəti
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti (İngilis və Rus dilləri arzu olunandır)
- MS Office Proqramları üzrə ümumi bilik
Proqramda iştirak üçün CV formaları 31 may 2016-cı il tarixinədək [email protected] ünvanına mövzu hissəsində “Yay Təcrübə Proqramı” yazmaqla göndərilməlidir.
Qeyd etmək lazımdır ki, bundan əvvəl də tələbələr üçün “DəmirBank” tərəfindən “Qış Təcrübə Proqramı” reallaşdırılmışdır. Təcrübə müddətində tələbələr ixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq layihələrdə və əməliyyatlarda iştirak etmişdirlər.