12 C
Baku
Wednesday, December 11, 2024

Neft şirkətləri qiymətlərin azalmasına hazırlaşır

Neft hasilatı və satışı ilə məşğul olan şirkətlər dünya bazarında neft qiymətlərinin mümkün azalmasına qarşı maliyyə alətlərinə investisiya edərək risklərini siğortalamağa başlayıb.  “Bloomberg” agentliyinin verdiyi xəbərə görə, adı çəkilən şirkətlər tərəfindən neftin ucuzlaşması istiqamətində edilən əməliyyatların həcmi son 4,5 ilin maksimumuna yüksəlib.

“EOG Resources”dan “Chesapeake Energy”yə qədər bir çox şirkət neftin ucuzlaşmasından ehtiyat edərək fyuçers, svop və opsionlara investisiya edərək sığortalanmağa çalışır. Onlar neft qiymətlərinin qısa müddət ərzində 75%-dən çox artmasından sonra azala biləcəyindən ehtiyatlanaraq optimal qiymət konyunkturasından faydalanmaq istəyir. Belə ki, ABŞ-ın Ticarət fyuçersləri üzrə alqı-satqı Komissiyasının (CFTC) hesabatına əsasən, mayın 3-10-da neft fyuçerslərində onlar tərəfindən həyata keçirilən qısa mövqeli əməliyyatların sayı 3,8% artıb və 2011-ci ilin sentyabrından etibarən ən yüksək həddə çatıb. Mərkəzi Nyu-Yorkda yerləşən “Again Capital LLC.” investisiya şirkətinin sahiblərindən biri olan Con Kildaf (John Kilduff) hesab edir ki, neft şirkətləri kəskin qiymət artımından faydalanaraq siğortalanmaqla sonrakı dövrdə neft qiymətləri azalacağı təqdirdə fəaliyyətlərini davam etdirmək istəyir.

Qeyd edək ki, neftin bahalaşması istiqamətində xalis uzun mövqelər mayın 3-10-da 8,6% azalaraq 216 521 ədədə enib. Göstərici ardıcıl ikinci həftədir ki, azalır. Neft bazarı iştirakçılarının pessimist əhval-ruhiyyəsinə səbəb isə ABŞ-da neft ehtiyatlarının son 87 ilin maksimal səviyyəsində olması amilidir. Qısamüddətli perspektivdə isə neft qiymətlərinin Kanadadakı yanğınları və Nigeriyada neft infrastrukturuna silahlı hücumlar səbəbindən artdığı bildirilir.

Report

Son xəbərlər
Digər xəbərlər