Hazırda etibarlı və universal identifikasiya üsulları demək olar ki, bank sahəsində aparıcı müzakirə mövzularından biridir. Şifrə və PIN-kodları yadda saxlamaq çətin və bəzən də qeyri-mümkün olduğundan universal identifikasiya vasitəsinin axtarışı daim inkişaf etməkdədir.
Məsələn, MasterCard şirkəti selfi ilə ödəniş etmək xidmətindən aktiv olaraq istifadə edir. Bu zaman alış-veriş zamanı müştəri ödəniş etmək istədikdə bu ödəniş prosesi kart sahibinin biometrik identifikasiyasının köməkliyi ilə həyata keçirilir.
Hər bir insan unikaldır, lakin onun identifikasiyası üçün elə də çox variant mövcud deyildir. Bu zaman genetik ekspertiza deyə bilərsiniz, lakin genetik ekspertizadan PIN-kod əvəzinə istifadə etmək rahat deyil. Artıq uzun müddətdir istifadə olunan barmaq izindən istifadə öz populyarlığını itirib və fırıldaqçılardan 100%-lik qorunma təmin etmir.
Bundan əlavə, heç də bütün cihazlar barmaq izlərini oxuyan skaynerlərlə təchiz edilməyib. Eyni problem barmaq uclarında yerləşən qan damarlarının köməkliyi ilə edilən identifikasiyadır. Bu üsullar kifayət qədər etibarlı olsa da, çətin və bahalı avadanlıq tələb edir. Məhz bu səbəbdən son 10 illik ərzində təhlükəsizlik üzrə mütəxəssislər smartfonlara xüsusi diqqət yetirirlər.
Bu gün hətta nisbətən ucuz smartfonlar üçün belə 5-7 megapikselli kameralar yerləşdirilir. Hazırda smartfon telefona sahib olmayan insan da demək olar ki, azdır. Ümumilikdə isə, kifayət qədər sadə ideyanı – üzün geometriyası ilə identifikasiyası adi həyata tətbiq etməyə heç kəs və heç nə mane olmur. PIN-kod daxil etmək əvəzinə, xüsusi tətbiqetməni aktivləşdirmək, kameraya baxmaq və gözləri qırpmaq kifayət edir.
Bu üsul fırıldaqçılıq hallarının və cinayətkar xarakterli tranzaksiyaların sayını azaltmağa imkan verir. Bununla yanaşı, smartfondan əlavə informasiyanı qəbul edən ödəniş sistemi hər bir kart sahibi üçün davranış patterni təyin edir, həmçinin fırıldaqçılıqla bağlı hər hansı şübhəyə sahib olduqda tranzaksiyanı ləğv edə və yaxud şəxsiyyəti təsdiq edən əlavə məlumatlar tələb edə bilər.
Maraqlıdır ki, davranış patternindən istifadə edən ödəniş sistemi fırıldaqçıların sizin pullarınızı xərcləməyə başlamadan öncə “narahat olmağa” başlaya bilər. Müqayisə üçün qeyd edək ki, əgər plastik kartınız oğurlanıbsa və ondan hər hansı başqa bir ölkədə pul çıxarmağa başlayıblarsa bank artıq həyəcan təbili çalmağa başlayacaq. Lakin bu minimum olaraq bir tranzaksiyadan sonra baş verəcək.