13 C
Baku
Sunday, September 29, 2024

Rusiyada iki il ərzində nə qədər bank bağlanıb?

Son iki il ərzində Rusiyada fəaliyyət göstərən kommersiya banklarının sayı 24% azalıb. “TASS” agentliyinin verdiyi xəbərə görə, fəaliyyətini dayandıran əsasən aktivlərinin həcminə görə ortaölçülü banklar olub. Məlumatı “Sberbank”ın baş analitiki Mixail Matovnikov açıqlayıb. O bildirib ki, 2014-cü ilin əvvəlindən 2016-cı ilin may ayına qədər bankların sayı 225 vahid və ya 24,4% azalaraq 697-ə enib.

M.Matovnikov həmçinin qeyd edib ki, problemlər böyük banklarda da var və bunun səbəbi 2015-ci ildən etibarən maliyyə bazarlarında oyun qaydalarının dəyişməsi ilə bağlıdır. Belə ki, bu il yanvarın 21-də Rusyanın əsas banklarından biri olan “Vneşprombank”ın lisenziyası ləğv olunub. O, bank sektorunda baş verənlərin iqtisadiyyata baha başa gəldiyini və bankların yenidən kapitallaşmasına 1 trln. rubl (150 mlrd. dollar), “Vneşprombank”ı da əlavə etsək 1,8 trln. rubl (270 mlrd. dollar) sərf edildiyini bildirib. Ümumilikdə isə 2014-2015-ci illərin bank böhranı iqtisadiyyatın 3,4% azalması dəyərində başa gəlib.

“Sberbank” və “Moody’s” beynəlxalq reytinq agentliyi 2016-cı ildə Rusiyada hər 10 bankdan birinin lisenziyasını itirəcəyini proqnozlaşdırır. Rusiya Bankından (Mərkəzi Bankı) bildirilib ki, bank sektorunun təmizlənməsi tədbirləri 2017-ci ildə sona çatacaq.

Report

 

Son xəbərlər
Digər xəbərlər