“Azkredit BOKT” ASC-nin 2025-ci ilin ilk yarısında 664.16 min manat xalis mənfəət əldə etməklə, öncəki ilin eyni dövründəki 682.22 min manatı ilə müqayisədə 2.7% azalıb.
Banker.az BOKT-nin yarımillik hesabatına istinadən xəbər verir ki, təşkilatın faiz gəlirləri 2025-ci ilin I yarısında 1 milyon 309.04 min manat təşkil etməklə illik 611% artıb. Əsas artım şəxsi istehlak və digər yaşayış sahəsi kreditlərindən əldə olunub.
Şəxsi istehlak kreditləri 114.74 min manat, 2024-cü ilin 21.58 min manatı ilə müqayisədə 431% artıb. Digər yaşayış sahəsi kreditləri 1,017.93 min manat, əvvəlki ilin 148.81 min manatı ilə müqayisədə 584% artım göstərib.
Xalis faiz gəliri illik 681% artımla 1 milyon 309.04 min manat olub.
Qeyri-faiz gəlirləri 68% azalma ilə 378.61 min manata, qeyri-faiz xərcləri 88% azalma ilə 83.58 min manata düşüb. Əmək haqqı və digər kompensasiyalar isə 464.37 min manat təşkil edib, yəni əvvəlki ilin 463.30 min manatı ilə demək olar ki, stabillik saxlayıb.
Əməliyyat mənfəəti 710.43 min manat olub, 2024-cü ilin 687.20 min manatı ilə müqayisədə 3% artım qeydə alınıb.
Kredit təşkilatı aktivlərinin həcmini 3 milyon 45 min manata qaldırıb. Bu öncəki ilin eyni dövründəki 2 milyon 13 min manatı xeyli üstələyir. Müştərilərə verdiyi kreditlərin həcmi illik müqayisədə 72% artımla 2 milyon 714 manata yüksəlib.
Xatırladaq ki, BOKT 2021-ci ildə təsis edilib və 600 min manat nizamnamə kapitalının 100%-i Mahir Məmmədov İsmayıl oğlun məxsusdur. BOKT-nin işi heyəti 50 nəfərdən ibarətdir.