17 C
Baku
Tuesday, October 21, 2025

Rusiyanın beynəlxalq ehtiyatları rekord $712.6 milyarda çatıb

Rusiyanın beynəlxalq ehtiyatları rekord 712.6 milyard dollara çatıb. 12–19 sentyabr tarixləri arasında göstərici 7.5 milyard dollar artaraq 1.1% yüksəlib. Bu barədə Rusiya Bankının məlumatında bildirilir.

Qeyd edək ki, beynəlxalq, yaxud qızıl-valyuta ehtiyatları Mərkəzi Bank və Rusiya hökumətinin ixtiyarında olan yüksək likvid xarici aktivlərdir. Onlar xarici valyutadakı vəsaitlərdən, xüsusi borcalma hüquqlarından, Beynəlxalq Valyuta Fondundakı ehtiyat mövqeyindən və monetar qızıldan ibarətdir.

Sonuncu dəfə Rusiyanın beynəlxalq ehtiyatları 25 iyul tarixində rekorda çatmışdı. Həmin vaxt göstərici 695.5 milyard dollar təşkil edirdi.

Son xəbərlər
Digər xəbərlər