16 C
Baku
Friday, September 26, 2025

Türkiyə Rusiyadan neft idxalını azaldır

Türkiyənin Rusiyadan neft idxalı azalmağa başlayıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, azalmanın əsas səbəbləri beynəlxalq sanksiyalar, bazarda rəqabətin güclənməsi və ABŞ prezidenti Donald Trampın müttəfiqlərə rus neftindən imtina çağırışlarıdır.

Cümə axşamı Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla iki saatlıq görüşdən sonra bəyan edib ki, Ankaranın bu çağırışı qəbul edəcəyinə inanır. O, əvəzində ABŞ-nin Türkiyəyə tətbiq etdiyi sanksiyaları yumşalda biləcəyini də açıqlayıb.

Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Türkiyə suveren dövlətdir və kiminlə, hansı sahədə əməkdaşlıq edəcəyinə özü qərar verir:

“Əgər müəyyən ticarət növləri Türkiyə tərəfi üçün sərfəlidirsə, bu əməkdaşlıq davam edəcək”.

Sentyabrda Türkiyənin Rusiyadan aldığı neft həcmi aprel ayından bəri ən aşağı səviyyəyə düşüb. İyun ayında Ankara Rusiyanın Urals markalı neftindən 1,6 milyon ton idxal edib ki, bu da 2024-cü ilin mayından bəri ən yüksək göstərici idi. Sentyabrda isə bu rəqəm təxminən 1,2 milyon tonadək azalıb.

Hazırda Türkiyə Hindistandan sonra Rusiyanın Urals markalı dəniz neftinin ikinci ən böyük alıcısıdır.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər