Gəncə şəhərində 22 sayda avtobus marşrutu fəaliyyətə başlayır. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata görə, aşağıda qeyd edilən tarixlərdən yeni avtobuslar sərnişinlərin istifadəsinə veriləcək.
28 sentyabr:
• 1 nömrəli marşrut – Gəncə Dəmiryol Vağzalı – Yeni Gəncə (28 May prospekti);
• 2 nömrəli marşrut – Heydər Əliyev prospekti – Şah İsmayıl Xətai prospekti – Dədə Qorqud küçəsi (dairəvi marşrut);
• 3 nömrəli marşrut – Yeni Gəncə (28 May prospekti) – Cümhuriyyət prospekti;
• 6 nömrəli marşrut – Şıxzamanlı qəsəbəsi – Bağmanlar küçəsi;
• 7 nömrəli marşrut – Poçt qəsəbəsi – Şəhidlər xiyabanı (R20 Gəncə–Daşkəsən yolu);
• 8 nömrəli marşrut – Dəmiryol deposu – Qırmızı kənd qəsəbəsi (İstanbul küçəsi);
• 9 nömrəli marşrut – Təbriz küçəsi – “Kəlbəcər” şəhərciyi.29 sentyabr:
• 4 nömrəli marşrut – İmamzadə türbəsi – Cümhuriyyət prospekti;
• 5 nömrəli marşrut – Y.Məmmədəliyev küçəsi – V.Qocayev küçəsi;
• 11 nömrəli marşrut – Məhsəti qəsəbəsi (H.Verdiyev küçəsi) – “Kəlbəcər” şəhərciyi;
• 14 nömrəli marşrut – Qızılqaya qəsəbəsi(A.Nəbiyev küçəsi) – N.Nərimanov küçəsi (Parkın ətrafı);
• G1 nömrəli marşrut – Göygöl Şəhər Mərkəzi Xəstəxanası – N.Nərimanov küçəsi (Parkın ətrafı).
30 sentyabr:
• 10 nömrəli marşrut – Poçt qəsəbəsi – N.Nərimanov küçəsi (Parkın ətrafı);
• 12 nömrəli marşrut – Gəncə Dəmiryol Vağzalı – 1 nömrəli şəhər xəstəxanası;
• 13 nömrəli marşrut – Gəncə Beynəlxalq Avtovağzalı(Şəmkir istiqamətində) – Gəncə Avtovağzalı (Yevlax istiqamətində);
• 15 nömrəli marşrut – Mərkəzi Klinika Gəncə Xəstəxanası – Gəncə Avtovağzalı (Yevlax istiqamətində);
• 17 nömrəli marşrut – Mərkəzi Klinika Gəncə Xəstəxanası- İ.Kazımov küçəsi (Çəngəl-Bıçaq zavodu);
• 18 nömrəli marşrut – N.Nərimanov küçəsi (Parkın ətrafı) -Cavadxan qəsəbəsi (K.Mehmandarov küçəsi);
• 20 nömrəli marşrut – Ə.Xəqani küçəsi (hərbi hissə) – N.Nərimanov küçəsi (Parkın ətrafı).
1 oktyabr:
• 16 nömrəli marşrut – Məhsəti qəsəbəsi ( Ə.Xasməmmədov küçəsi) – Gəncə Avtovağzalı (Yevlax istiqamətində);
• 19 nömrəli marşrut – V.Qocayev küçəsi – “Grand” bazar;
• G2 nömrəli marşrut – Göygöl avtostansiyası – N.Nərimanov küçəsi (Parkın ətrafı).