18 C
Baku
Monday, September 29, 2025

Netanyahu Dohaya edilən son hücuma görə Qətərin Baş nazirindən üzr istəyib

İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS rəhbərliyini məhv etmək məqsədilə Dohaya edilən son hücuma görə Qətərin Baş nazirindən üzr istəyib.

Bu barədə İsrail televiziyasının “12-ci kanalı” məlumat yayıb.

Netanyahunun Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşü zamanı Əl-Tani ilə telefon danışığı apardığı və sentyabrın 9-da Qətərin paytaxtına hücuma görə üzr istədiyi vurğulanıb.

Telekanalın mənbəsi onu da bildirib ki, İsrailin baş naziri hücumda Qətər təhlükəsizlik zabitinin ölümündən təəssüfləndiyini bildirib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər