18 C
Baku
Tuesday, September 30, 2025

Azərbaycanın ixracdan ən çox pul qazanan şirkətləri – SİYAHI

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın sentyabr sayını təqdim edib. İcmala əsasən, 2025-ci ilin yanvar-avqust aylarında  Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10.3% artaraq 2,4 milyard  ABŞ dolları təşkil edib.

Banker.az xəbər verir ki, 2025-ci ilin yanvar-avqust ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar:

“Prime Cotton” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Baku Steel Company” QSC, “Export Stream” Məhdud Məsuliyyətli Cəmiyyəti,”Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “UYTROP” Məhdud Məsuliyyətli Cəmiyyəti, “P-AQRO” MMC, “STP Alüminium” MMC,  “TABATERRA”QSC, “Sahdag SY” Məhdud Məsuliyyətli Cəmiyyəti

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:

“SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC,”SOCAR-DALĞIC” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “İstisu” mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti, Naxçıvan MR Dövlət Energetika Xidməti.

Son xəbərlər
Digər xəbərlər