18 C
Baku
Tuesday, September 30, 2025

“Spotify”ın həmtəsisçisi Daniel Ek 20 ildən sonra baş direktor vəzifəsini tərk edir

“Spotify”ın həmtəsisçisi Daniel Ek təxminən 20 ildən sonra baş direktor vəzifəsini tərk edəcək. O, 1 yanvar 2026-cı ildə şirkətin icraçı sədri vəzifəsinə keçəcək. Bildirilir ki, Daniel Ek “Spotify”ın uzunmüddətli strategiyası və investisiyaların ayrılması üzərində işləməyə davam edəcək.

Şirkətin CEO-ları məhsul və texnologiya üzrə baş direktoru Qustav Söderström və baş kommersiya direktoru Aleks Norström olacaqlar.

Mən iyirmi il, demək olar ki, bütün yetkin həyatımı “Spotify”ın baş direktoru kimi keçirmişəm. “İndi oyunçu rolundan məşqçi roluna keçməyə hazıram”, – deyə Daniel Ek söyləyib.

Ek və Martin Lorentzson “Spotify” platformasını 2006-cı ildə qurublar. Getmək qərarı onun maraqlarının “musiqi sənayesindən kənara çıxması” ilə bağlıdır. Ek həmçinin müdafiə texnologiyalarına sərmayə qoyan “Prima Materia” investisiya şirkətinə, eləcə də bədənin skan edilməsində ixtisaslaşan “Neko” biotexnoloji startapına sahibdir.

Son xəbərlər
Digər xəbərlər