16 C
Baku
Thursday, October 2, 2025

“CoreWeave” və “Meta” AI sahəsində $14.2 milyardlıq müqavilə bağlayıblar

Süni intellekt üçün bulud həllərinin təchizatçısı olan “CoreWeave” şirkəti “Meta Platforms” ilə $14.2 milyard dəyərində İT müqaviləsi imzalayıb, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, “CoreWeave” Mark Zukerberqin şirkətini hesablama gücü ilə təmin edəcək. Razılaşmaya əsasən, “CoreWeave” sosial şəbəkənin sahibinə “Nvidia”nın ən yeni “GB300” sistemlərinə çıxış imkanı verəcək.

“Onlar əvvəlki müqavilələrdə həyata keçirdiyimiz infrastrukturumuzu bəyəndilər və yeniləri üçün geri qayıtdılar”, – deyə “CoreWeave”in baş direktoru Maykl İntrator bildirib.

Xəbərin fonunda “CoreWeave” səhmləri “Nasdaq” birjasında 15.87% bahalaşaraq maksimumda $141.96-ya çatıb. Dünən Bakı vaxtı ilə 17:58-də 12.7%-ə qədər zəifləyib.

CoreWeave” süni intellekt üçün qabaqcıl çipləri icarəyə verən yeni nəsil bulud şirkətləri arasında liderlərdən biridir. Bu sahədə o, keçmiş “Yandex N.V.”in təsisçisi Arkadiy Volojun “Nebius” şirkəti ilə də rəqabət aparır.

Bu cür şirkətlərin sayının artması və onların cəlb etdiyi iri kapital axını göstərir ki, ən böyük texnoloji şirkətlər arasında süni intellekt infrastrukturuna olan tələbat yüksək olaraq qalır, “Bloomberg” vurğulayır.

Son xəbərlər
Digər xəbərlər