Amerikalı biznesmen İlon Mask Marsda yaşaya biləcəyini istisna etməyib. O, Marsı “Amerikanın bir hissəsi” adlandırıb.
“Mənim indi və həmişəlik bir pasportum var: ABŞ. Mən burada yaşayacağam və burada öləcəyəm. Və ya Marsda (Amerikanın bir hissəsi)”, – deyə sahibkar “X” sosial şəbəkəsində yazıb.
Mart ayında İlon Mask “Starship” kosmik gəmisinin “Optimus” adlı insanabənzər robotla birlikdə 2026-cı ilin sonunda Marsa göndəriləcəyini açıqlamışdı. NASA isə ABŞ-nin 2030-cu illərin əvvəlində astronavtları Marsa göndərməyi ümid etdiyini bildirmişdi.
“Politico” yazır ki, NASA raketləri artıq 2026-cı ildə Marsa göndərməyi planlaşdırır, lakin büdcə kəsintiləri səbəbindən missiya təhlükə altına düşüb.