Pambıq yağının ixracı kəskin artıb – Qiymətlər də daha əlverişli

Azərbaycanın xam pambıq yağı ixracı 2025-ci ilin ilk yeddi ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə kəskin artıb.

Banker.az xəbər verir ki, bu ilin yanvar–iyul aylarında ölkə 3 747.4 ton həcmində pambıq yağı ixrac edib və 2 milyon 446.31 min dollar gəlir əldə olunub.

Ötən ilin müvafiq dövründə isə ixrac 1 810.24 ton və 954.35 min dollar idi. Beləliklə, ixrac həcmi bu il 107%, dəyəri isə 156% artıb.

Orta qiymət də yüksəlib. Belə ki, 2024-cü ilin ilk 7 ayında hər ton üçün orta ixrac qiyməti 527 dollar olduğu halda, 2025-ci ildə bu göstərici 653 dollara qalxıb.

Türkiyə əsas alıcı olaraq qalır. 2025-ci ilin ilk 7 ayında Türkiyəyə 2 388 ton ixrac edilib və 1.44 milyon dollar gəlir əldə olunub. Ötən ilin eyni dövründə bu rəqəmlər 1 467 ton və 761 min dollar idi.

Dövlət Statistika Komitəsinə görə, Tacikistana ixrac da əhəmiyyətli dərəcədə genişlənib. 2024-cü ilin ilk 7 ayında 325 ton (169 min dollar) göndərilmişdisə, 2025-ci ildə bu rəqəm 975 ton və 682.5 min dollara yüksəlib.

Qırğızıstana ixrac 18.2 tondan 78.4 tona, dəyər isə 23.8 mindən 115.4 min dollara artıb. Özbəkistan və Gürcüstan isə 2025-ci ildə yeni alıcı ölkələr kimi ortaya çıxıb. Belə ki, Özbəkistana 260 ton (174.2 min dollar), Gürcüstana isə 45.9 ton (30.6 min dollar) göndərilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər