“Capital Partners İnvestisiya Şirkəti” QSC-nin 2025-ci ilin ilk doqquz ayında Bakı Fond Birjasında dövlət istiqrazları ilə əməliyyatların həcmi 59,4 milyon manatdan 35,9 milyon manata, Mərkəzi Bankın qiymətli kağızları üzrə əməliyyatlar isə 91,3 milyon manatdan 46,7 milyon manata enib.
Banker.az xəbər verir ki, korporativ istiqrazlarla əməliyyatların həcmi 23,1 milyon manatdan 17,6 milyon manata düşüb, səhm bazarında isə bu dövrdə əməliyyat əməliyyat aparılmayıb.
Bununla belə, “Capital Partners İnvestisiya Şirkəti”nin həyata keçirdiyi əməliyyatların ümumi həcmi 1,1 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46% artım deməkdir.
Artımın əsas səbəbi repo əməliyyatları üzrə aktivliyin yüksəlməsi olub. 2024-cü ilin ilk doqquz ayında 574,5 milyon manat olan repo əməliyyatlarının həcmi 2025-ci ildə 996,4 milyon manata çataraq təxminən 74% artıb.