17 C
Baku
Thursday, October 2, 2025

Pavel Durov Astanada süni intellekt laboratoriyasının açılışını elan edib

Qazaxıstanın Astana şəhərində ilk süni intellekt laborayatoriyası açılır. Laboratoriyanın ilk layihəsi “Telegram” ilə ölkənin superkompüter klasteri arasındakı əməkdaşlıq olacaq. Bu barədə messencerin sahibi Pavel Durov bildirib.

“Bu gün məhz bu binada, “Alem AI”də (Astanadakı beynəlxalq süni intellekt mərkəzinin binası) süni intellekt laboratoriyasının açılışını elan edə bildiyim üçün çox qürurluyam”, – deyə cənab Durov “Digital Bridge” forumunun plenar sessiyasında çıxışı zamanı bildirib. O qeyd edib ki, yeni layihəni Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi işə salacaq.

Son bir neçə ayda Telegram süni intellekt və blokçeynin kəsişdiyi yeni texnologiya üzərində işləyib, Pavel Durov əlavə edib. Onun sözlərinə görə, bu innovasiya 1 milyarddan çox insana süni intellekt funksiyalarından istifadə etməyə imkan verəcək. Bu funksiyaları isə özəl qaydada fəaliyyət göstərən mərkəzləşdirilməmiş kompüter sistemi generasiya edəcək.

Son xəbərlər
Digər xəbərlər