Çin şirkəti BYD sentyabr ayında 393 min elektroavtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6% azdır. CNBC-nin məlumatına görə, bu, dünyanın ən böyük elektroavtomobil istehsalçısının illik ifadədə satışlarının ilk dəfə azalmasıdır. Bununla belə, sentyabr nəticələrinə görə BYD hələ də elektroavtomobil bazarında ən böyük paya sahibdir — 54%.
Satışların azalması payızda avtomobillərə ənənəvi olaraq yüksək tələbat olmasına baxmayaraq baş verib. Adətən BYD yaxşı satış göstəricilərinə 30%-ə qədər endirimlər hesabına nail olurdu. Lakin Çin hökumətinin iyunda dempinqin yolverilməzliyi barədə xəbərdarlığından sonra BYD və digər bəzi istehsalçıların satış tempinin zəiflədiyi müşahidə olunur. “Reuters”in məlumatına görə, sentyabrın əvvəlində BYD illik satış planlarını yenidən nəzərdən keçirib və 2025-ci ildə 4.6 milyon elektroavtomobil satacağını gözləyir ki, bu da əvvəlki proqnozdan 16% azdır.
Bununla belə, digər Çin elektroavtomobil istehsalçılarında sentyabr satışları aktiv gedib və hətta rekordlar müəyyən edib. Belə ki, “Leapmotor” sentyabrda 66.6 min elektroavtomobil satıb ki, bu da ötən illə müqayisədə 97% çoxdur. “Huawei”in başçılıq etdiyi HIMA alyansı da rekord qıraraq ay ərzində 52 mindən çox elektroavtomobil satıb. Sentyabr həmçinin “Xiaomi” üçün də əlamətdar olub — şirkət ilk dəfə 40 min elektroavtomobil satış həddini keçib.