18 C
Baku
Friday, October 3, 2025

Ersin Tatar oktyabrın 6-da Azərbaycana səfər edəcək

Şimali Kipr Türk Cümhuriyyətinin (SKTC) Prezidenti Ersin Tatar Azərbaycana səfər edəcək.

Bu barədə ölkənin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner məlumat verib.

O bildirib ki, ŞKTC Prezidenti oktyabrın 6-7-də Azərbaycanda səfərdə olacaq.

Ersin Tatar səfər çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşündə iştirak edəcək.

Xatırladaq ki, 2022-ci ildən etibarən Şimali Kipr Türk Cümhuriyyəti TDT-nin müşahidəçi üzvüdür.

 

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər