6 C
Baku
Wednesday, January 15, 2025

Necə milyonçu olmalı

Bütün milyonçuların hər hansı ümumi əlamətləri var, həm də bu yalnız onların bank hesabları deyil. Onların çoxuna var-dövlət sahibi olmaqdan ötrü inam, nikbinlik və cəsarət lazım olmuşdur. Bu keyfiyyətlərdən adi həyatda necə istifadə etmək  və uğur qazanmaq barədə Investopedia.com saytı yazır.

Hər kəsin öz yolu

Milyonçular özlərinə məxsus tərzdə düşünür. Və bu təkcə maliyyəyə deyil, bütövlükdə yaşam tərzinə də şamil edilir. Başqalarının nəyəsə uyğun olması üçün etdikləri hərəkəti onlar etmir, milyonçuların öz yolu ilə gedənlərdir. İdeyaların hərəkətə sövq etdiyindən, rifah əldə etmək üçün öz fikrini, düşüncəni formalaşdırmalısan. Məsələn, Amerikanın Geffen Records qrammafon yazıları firmasının prodüseri və təsisçisi Devid Geffen  kollecdən qovulmuş, lakin özünün şəxsi musiqi imperiyasını yarada bilmiş və 4,5 milyard dollar qazanmışdı. 1970-1980-ci illərin ən istedadlı və ən məşhur musiqiçiləri onunla əməkdaşlıq etmişlər. Onun uğur yolu “normal həyat” mənzərəsinə sığmasa da, iş metodları və hissiyyatla musiqiçilərin potensialını müəyyən etmək bacarığı heyrət doğurur.

Özünə inam

Milyonçular, bir qayda olaraq, həyata pozitiv yanaşırlar. Başqa sözlə, təkcə arzu ilə yaşamır, inanırlar ki, arzuladıqları mütləq həyata keçəcək. Onlar qarşılarına miqyaslı məqsədlər qoyub tanış olmayan sahələrdə işləməkdən qorxmurlar. Buna ən parlaq misal – 2009-cu ilin yekunlarına görə dünyanın ən zəngin adamı olan Bill Geytsin karyerasıdır. Microsoft şirkətinin rəhbəri personal kompüterlərin kütləyə doğru hərəkətinə kömək edən birincilərdən olmuşdur. O, bu işlə 1975-ci ildən məşğul olmağa başlamış, 1985-ci ildə isə Microsoft Windows əməliyyat sistemini yaratmışdır. Ev kompüterləri yayıldıqca, Geyts artıq mənfəət əldə edirdi.

Güclü tərəflərə yönəlmək

Yazıçı Dennis Kimbro özünün “Düşün və varlan”  adlı kitabı üçün bəzi varlı insanlardan müsahibə almışdır. O, araşdırmışdır ki, milyonçular daha çox baş çıxardıqları sahələrdə müvəffəqiyyət qazanmışlar. Bundan başqa, uğurlu biznesmenlər peşəkarlarla məsləhətləşib zəif cəhətlərini möhkəmləndirməkdən də çəkinmirlər. Əgər siz güclü tərəflərinizi bilmirsinizsə, bu barədə qohum və tanışlardan soruşun. Öz qabiliyyətlərinizdən tam istifadə etmək üçün peşəkarların məsləhətlərindən istfadə edin.

Nikbinlik

İnvestor Uorren Baffet tez-tez təkrarlamağı xoşlayır: Pul  – mənim ən çox xoşladığım məşğuliyyətin əlavə nəticəsidir”. Məşğul olduğun işə sevgi özünənəzarəti inkişaf etdirir və zəhmətə güc verir. Məsələn, kimin ki fəaliyyəti birbaşa maliyyə ilə bağlıdır, onlar tez-tez sövdələşmələrə qoşulur və başqalarını da buna cəlb edirlər.

Lakin hər kəsə öz işini tapmaq heç də dərhal olmur. Bir çox milyonçuların özlərini dərk etdikləri yaş həddi 45-dir, milyonçu olmaq isə 54 yaşa təsadüf edir. Kimbro, həmçinin hesablamışdı ki, uğur qazanmış biznesmenlər məqsədə çatana qədər orta hesabla 17 dəfə öz işini açmağa cəhd etmişlər. Belə ki, uğur qazanmaq üçün sevmədiyin işdən imtina etmək və bütün gücünü həqiqətən sevdiyin işə sərf etməlisən. Əgər siz hələ də sevdiyiniz işi tapmamısınızsa, bir neçə istiqamətdə addımlar atın və seçim edin.

İnvestisiyalar

Milyonçular öz arzularına vaxt və pul qoymaqdan qorxmur və gələcək uğur üçün risk etməyə hazır olurlar. Bu həm şəxsi biznes, həm qiymətli kağızlar ola bilər, lakin uğura sərmayə yatırmaq vacibdir.

Başqalarını inandırmaq bacarığı

Milyonçular həmişə yeni ideyalar təklif etmək və başqalarını bu ideyaya pul qoymağı inandırmağa hazırdırlar.  Uğur qazanan biznesmenlər özünə şübhə ilə yanaşanları sevmirlər, başqa sözlə, onlar üçün “yox” cavab deyil. “Milyonçu kimi düşün” kitabının müəllifi Harv Eker işin gedişində 753 iri varidat sahibini dindirmiş və belə bir nəticəyə gəlmişdir ki, başqalarını inandırmaq əqli inkişaf əmsalından da vacibdir. Buna misal – Donald Trampı göstərmək olar. Onun işləri hər dəfə müxtəlif cür gedir, lakin o həmişə özünü “sata bilir” – televiziya və işgüzar cəmiyyətdə əlaqələrinin köməyi ilə.
Kommunikativ vərdişlər ideyaların hərəkəti üçün zəruridir. Lakin düzgünlük də bundan az mühüm deyil. Çoxlarının dediyi kimi, milyonçular guya düzgünlükdən uzaqdır – bu belə deyil.

Düzgün və fəal olmaq – uğurun tərkib hissələridir.

Bizlərdən çoxuna bir sat ərzində milyon qazanmaq nəsib deyil. Bir çox milyonçular buna çatmaq üçün uzun illər, bəzən onilliklər sərf etmişlər. Lakin hərdən risk də özünü uzun illik ağır zəhmət kimi doğrultmuşdur. Bir şey şübhəsizdir: milyonçular da hamı kimi insanlardlr, uğuru isə ona görə qazanmışlar ki, hərəkət etməkdən qorxmamışlar.

Son xəbərlər
Digər xəbərlər