Azərbaycanda bu şəxslərə 4 rayonda pulsuz evlər veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxs 4 tender elan edib.

Banker.az xəbər verir ki, əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Tərtər rayonunda 4 ədəd üçotaqlı, Bərdə rayonunda 8 ədəd üçotaqlı mənzil, Neftçala rayonunda 20 ədəd üçotaqlı mənzil, Salyan rayonunda 9 ədəd ikiotaqlı, 6 ədəd üçotaqlı mənzilin satın alınması nəzərdə tutulur.

Qurum həmin ailələrə verilməsi üçün mənzillərin satınalınmasına isə 4.4 milyon manatdan çox vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər