22 C
Baku
Sunday, October 5, 2025

“WhatsApp”da yenilik

İdentifikasiya üçün telefon nömrələrindən istifadə edən “WhatsApp” mesenceri tezliklə unikal istifadəçi adlarını dəstəkləyəcək.

Bu barədə “WABetaInfo” məlumat yayıb.

Artıq Android üçün sınaq variantlarında aşkar edilmiş xüsusiyyət istifadəçilərə istədikləri adları əvvəlcədən rezerv etməyə imkan verir.

Mexanizm digər mesencerlərdə, o cümlədən “Telegram”dakı oxşar həlləri xatırladır.

Məlumata görə, tətbiq parametrlərinə ləqəblərin rezervasiyası üçün ayrıca bölmə əlavə olunacaq. Bu addım istifadəçilərə öz unikal adlarını fırıldaqçılardan qorumağa imkan verəcək.

Bu yeni funksiyanın rəsmi buraxılış tarixi açıqlanmayıb, lakin rezervasiya mexanizminin sınaqdan keçirilməsi onun tezliklə həyata keçiriləcəyini göstərir.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər