9 C
Baku
Thursday, December 12, 2024

Qlobal maliyyə bazarları FES-in qərarına müsbət reaksiya verəcək

Qlobal maliyyə bazarlarının ABŞ Federal Ehtiyat Sisteminin (FES) iyunun 13-14-də keçiriləcək iclasda böyük ehtimalla uçot dərəcəsini artırması qərarına dekabrda olduğundan daha sakit reaksiya verəcəyi gözlənilir. Yerli analitika qrupu Report hesab edir ki, bu dəfə qlobal maliyyə bazarlarına faizlərin yüksəlməsinin ciddi təsiri gözlənilmir. Buna səbəb kimi dünya əmtəə bazarlarında neftin qiymətinin artması göstərilir. Neft qiymətlərinin bu ilin maksimal səviyyəsinə yaxın olması fond birjaları və valyuta məzənnələrinin daha sabit qalmasına səbəb olub.

Ehtimal edilir ki, qlobal maliyyə bazarları III rübdən etibarən neqativ trendlə üzləşə bilər. Buna əsas səbəb kimi Çin iqtisadiyyatının zəif artım tempi fonunda problemlərlə üzləşməsi ehtimalı irəli sürülür. Çin iqtisadiyyatından gələcək neqativ göstəricilər dünyanın əsas neft istehlakçısı olan bu ölkənin neftə tələbatının azalması səbəbindən neft qiymətlərini aşağı salacağı proqnozlaşdırılır. FES-in bu il ikinci dəfə uçot dərəcəsini ilin sonuna yaxın artırmaq planının investorlar tərəfindən real qəbul edilməsi Çin amili ilə birlikdə III rübdən etibarən qlobal iqtisadi konyunktur və maliyyə bazarlarında gərginliyin artmasına səbəb ola bilər. Nəticədə, neft və qızılın ucuzlaşması, fond indekslərinin azalması, dolların isə valyuta bazarlarında möhkəmlənməsi proqnozlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər