23 C
Baku
Tuesday, October 7, 2025

BMW alışma riskinə görə 145 min avtomobili geri çağırır

“BMW North America” ABŞ bazarında satılmış 145 102 avtomobili geri çağırır. Məlumata görə, geri çağırılmanın səbəbi mühərrik bölməsindəki səs izolyasiyasının qızmasına və alışmasına səbəb ola biləcək starter nasazlığıdır.

ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinə (NHTSA) təqdim edilən məlumatda bildirilir ki, starterin həddindən artıq qızması izolyasiya materiallarının lokal alışmasına səbəb ola bilər. Təhlükə ondadır ki, yanğın təkcə hərəkət zamanı deyil, avtomobil dayandıqdan sonra da baş verə bilər.

Geri çağırılma bir neçə məşhur modeli əhatə edir: BMW 3 Series, BMW 7 Series, BMW 8 Series, eləcə də X5, X6 və X7 krossoverləri.

BMW şirkəti geri çağırılan modellərin sahiblərinə təcili olaraq rəsmi diler mərkəzlərinə müraciət etməyi tövsiyə edir. Servis mərkəzlərində mütəxəssislər problemi ödənişsiz şəkildə yoxlayacaq və zəruri hallarda dəyişiklik aparacaqlar. Şirkət vurğulayır ki, müştərilərin təhlükəsizliyi onun üçün prioritetdir.

Son xəbərlər
Digər xəbərlər