22 C
Baku
Wednesday, October 8, 2025

Palata üç audit şirkətinə lisenziya verib, birini ləğv edib

Auditorlar Palatası tərəfindən üç audit şirkətinə yeni fəaliyyət lisenziyası təqdim edilib, eyni zamanda bir şirkətin lisenziyası ləğv olunub.

Banker.az xəbər verir ki, yeni lisenziya alan şirkətlər arasında “ADVİSER AUDİT” MMC, “EL-VEKİL AUDİT” MMC və “MBM AUDİT” MMC yer alır. Ləğv edilən lisenziya isə “AUDİT ACADEMY” MMC-yə məxsus olub.

“ADVİSER AUDİT” MMC-nin direktoru Lalə Fuad qızı Səlimlidir. Şirkət Bakı şəhərinin Xətai rayonunda yerləşir. Palata tərəfindən verilən AT/355 nömrəli lisenziya 25 sentyabr 2025-ci ildən 25 sentyabr 2030-cu ilədək qüvvədə olacaq.

“EL-VEKİL AUDİT” MMC-nin rəhbəri İlkin İldırım oğlu Qəhrəmanovdur. Şirkətin ofisi Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşir. 02 oktyabr 2025-ci ildə qüvvəyə minən AT/357 nömrəli lisenziya bir il müddətinə, yəni 02 oktyabr 2026-cı ilədək etibarlıdır.

“MBM AUDİT” MMC isə bölgə mənşəli audit şirkətidir. Direktor Mirsiddiqə Mirrəqib qızı Bəşirlinin rəhbərlik etdiyi bu müəssisə Biləsuvar rayonunun Bəydili kəndində yerləşir. AT/356 nömrəli lisenziya 01 oktyabr 2025-dən 01 oktyabr 2030-a qədər qüvvədə olacaq.

Lisenziyası ləğv olunan “AUDİT ACADEMY” MMC-nin direktoru Elvin Fikrət oğlu Nağıyevdir. Şirkət Şəmkir rayonunda qeydiyyata alınıb və həm şirkətin, həm də rəhbərin ayrıca lisenziyası mövcud idi. AT/285 və SA/573 nömrəli lisenziyalar müvafiq olaraq 2023 və 2024-cü illərdə verilsə də, şirkətin adı siyahıdan götürülüb.

 

Son xəbərlər
Digər xəbərlər