Amerikalı sahibkar İlon Maska məxsus olan “Tesla” şirkəti ən ucuz elektrik avtomobillərini buraxıb.
Bu barədə “The Verge” məlumat yayıb.
Belə ki, şirkətin populyar modellərinin sadələşdirilmiş versiyaları – “Model 3 Standard” liftbeki və “Model Y Standard” krossoverinin buraxılışı elan edilib.
Hər iki avtomobil 840 km məsafəyə hesablanmış elektrik mühərriki ilə təchiz edilib ki, bu mühərrik avtomobili 6.8 saniyə ərzində 100 km/saat sürətə çatdırır. Avtomobillərin qiymətini azaltmaq üçün “Tesla” panorama dam, işıq panelləri, arxa oturacaqlar üçün ekran və qapı ətrafı işıqlandırmadan imtina edib. Həmçinin avtomobillərdə güzgülərin elektrik ötürücüsü yoxdur.
Yeni “Model Y” krossoverinin sadələşdirilmiş interyeri var və başlanğıc qiyməti 39 990 dollar təşkil edir (orijinalın qiyməti 41 630 dollardır). “Model 3” sedanının qiyməti isə 36 990 dollardan başlayacaq (orijinalın qiyməti 44 130 dollardır).