18 C
Baku
Thursday, October 9, 2025

Gümüşün qiyməti son 14 ildə ilk dəfə 49 dolları ötüb

“Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi – red.) gümüş füçerslərinin qiyməti 2011-ci il aprelin 29-dan bəri ilk dəfə bir Trua unsiyası üçün 49 dollardan yuxarı olub.

Bunu ticarət platformasının məlumatları göstərir.

Bakı vaxtı ilə saat 19:05-ə olan məlumata görə, gümüşün qiyməti 2.91% artaraq 1 Trua unsiyası üçün 49.04 dollar təşkil edib.

Bakı vaxtı ilə saat 19:10-da gümüşün qiyməti bir qədər azalaraq 48.85 dollara düşüb.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər