Almaniyanın BMW və “Mercedes-Benz” şirkətləri bu ilin üçüncü rübü üzrə qlobal satış nəticələrini açıqlayıblar.
Banker.az auto.ru-ya istinadən xəbər verir ki, iki avtomobil nəhəngi fərqli satış tendensiyaları nümayiş etdirib.
Münhen təmsilçisi BMW satışlarını artırmağa nail olub, “Mercedes-Benz” isə əksinə, satışlarda əhəmiyyətli azalma ilə üzləşib. Şirkətlər arasında fərq 33.2% təşkil edib.
İyul-sentyabr aylarında BMW-nin qlobal satışları 588 300 avtomobilə çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8.8% çoxdur.
“Mercedes-Benz” isə eyni dövrdə 441 500 avtomobil satıb ki, bu da ötən illə müqayisədə 12% azalma deməkdir.