25 C
Baku
Thursday, October 9, 2025

“Bakı Kristal Zalı” ötən ili 2.4 milyon manat zərər ilə başa vurub

“Bakı Kristal Zalı” MMC 2024-cü ili 2 milyon 405 min manat zərər ilə başa vurub. MMC 2023-cü ili 4 938 manat xalis mənfəət ilə bağlamışdı.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il Bakı Kristal Zalı”nın cəmi əməliyyat gəlirləri 23.4% azalaraq 3 milyon 522 min manatdan 2 milyon 697 min manata düşüb. Həmçinin, “Bakı Kristal Zalı” 2 milyon 76 min manat digər gəlirlər əldə edib. (2023-cü ildə 3 milyon 200 min manat)

Şirkətin cəmi əməliyyat xərcləri isə 3 milyon 516 min manatdan 5 milyon 102 min manata yüksəlib.

“Bakı Kristal Zalı” MMC-nin cəmi aktivləri 192 milyon 273 min manat olub. Onun 165 milyon 403 min manatı torpaq, tikili və avadanlıqların payına düşür.

 

Son xəbərlər
Digər xəbərlər