21 C
Baku
Thursday, October 9, 2025

Mərkəzi Bank elektron pul təşkilatı “Mpay”lə bağlı ikinci dəfə məcburi göstəriş verdi

Azərbaycan Mərkəzi Bankı elektron pul təşkilatı “Mpay” MMC-yə icrası məcburi olan göstəriş verib.

Banker.az bunu tənzimləyiciyə istinadən xəbər verir.

AMB tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci və 5.1-ci maddələrində nəzərdə tutulan fəaliyyətlərdən kənar xidmətlərin göstərilməsinin dayandırılması barədə “Mpay” MMC-yə icrası məcburi olan göstəriş verilib.

Xatırladaq ki, “Mpay” MMC 2020-ci ildə təsis edilib və Mərkəzi Bankdan 2024-cü ilin iyulunda lisenziya əldə edib. Hazırda 1 milyon manat nizamnamə kapitalı var.

Elektron pul təşkilatı cari ilin iyulunda “Mpay” QSC-də həyata keçirilən planlı yoxlama çərçivəsində aşkar edilmiş aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halları ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddələrinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçulugun maliyyələşməsinə dair mübarizə, habelə nağd pulla işin təşkili və daxili nəzarət sistemlərinin gücləndirilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilmişdi.

Son xəbərlər
Digər xəbərlər