Azərbaycanda virtual aktivlərin tənzimlənməsi ilə bağlı qanun layihəsi hazırlanır.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Bakıda keçirilən fintex forumunda (“Baku Fintech Forum 2025”) bildirib.
Onun sözlərinə görə, bu, AMB-nin prioritetlərindən biridir: “Ümumiyyətlə bazarla daha sıx çalışmağı planlaşdırırıq”.
AMB rəsmisi qeyd edib ki, növbəti ildən yeni strateji dövrə hazırlıq başlayacaq: “Bir-iki istiqamət var ki, onları prioritet kimi görürük. Virtual aktivlərlə bağlı işlər təkcə qanun layihəsinin hazırlanması ilə bitmir. Bunun həyata keçirilməsi ilə bağlı çoxlu planlarımız var”.