21 C
Baku
Thursday, October 9, 2025

“Azərikart”ın lisenziyası məhdudlaşdırılıb

“Azərikard” MMC-yə (Təşkilat) “ödəniş sisteminin operatoru” fəaliyyətinin göstərilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 12 sentyabr 2024-cü il tarixində ÖSO-001 nömrəli, “ödəniş əməliyyatının ekvarinqi” və “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” fəaliyyətinin göstərilməsi üçün isə Mərkəzi Bank tərəfindən 12 sentyabr 2024-cü il tarixində EPT-011 nömrəli lisenziyalar verilib. Təşkilatın müraciətinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 08 oktyabr 2025-ci il tarixli Qərarı ilə onun lisenziyasında “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” üzrə ödəniş xidməti ləğv edilib.

Bununla da Təşkilat fəaliyyətini elektron pul təşkilatı kimi deyil, ödəniş təşkilatı və ödəniş sisteminin operatoru olaraq davam etdirəcəkdir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər