20 C
Baku
Friday, October 10, 2025

Ələtdəki aeroporta rəhbər təyin edilib

Ələt Azad İqtisadi Zonasında yaradılan yeni hava limanı idarəsinin idarə heyətinin sədri bəlli olub.

Banker.az xəbər verir ki, bu vəzifə 2025-ci ilin sentyabrından etibarən Cavad Dbilaya həvalə edilib.

C.Dbila hazırda paralel olaraq “Silk Way Alat Free Economic Zone” şirkətinin baş direktorudur. O, şirkətə yarandığı 2023-cü ildən bu tərəfə ona rəhbərlik edir.

Cavad Dbila 2000-ci ildən Azərbaycanın hava nəqliyyatı sektorunda çalışır. O 2011-2014-cü illərdə AZAL-da yüksək vəzifələrdə çalışsa da, sonradan, 2017-ci ildən “Silk Way Holding”ə vitse-prezident kimi transfer olunub.

“Silk Way AFEZ” Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən şirkətdir və o “Silk Way Group”a daxildir. Şirkətin ƏAİZ-dəki yeni hava limanı 18 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı, taksi yolları, hava hərəkəti idarəetmə mərkəzi, yanacaq və yanğınsöndürmə xidmətləri və digər əlaqəli obyektləri əhatə edəcək.

Eyni zamanda hava limanı layihəsində fərdi ekspeditor anbarlarının, tez xarab olan yüklər üçün terminalların və müasir ofis binalarının inşasını nəzərdə tutur.

 

Son xəbərlər
Digər xəbərlər