19 C
Baku
Friday, October 10, 2025

“PAŞA Bank”dan “mPOS” ilə ödəniş qəbulunda 0% komissiya!

®Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” mobil POS-terminal məhsulu “mPOS” üçün 31 dekabr 2025-ci il tarixinədək endirim kampaniyası elan edir.

Kampaniya çərçivəsində sahibkarlar “mPOS” mobil pos-terminal üzərindən “Visa” kartları ilə qəbul edilən ödənişlərə görə komissiya ödəməyəcəklər.

“mPOS” məhsulu Android əsaslı smartfonları POS-terminala çevirərək sahibkarlara nağdsız ödənişləri asanlıqla qəbul etmək imkanı yaradır. Sahibkarlar depozit və dövriyyə tələbi olmadan mobil POS-terminalı istifadə edərək təmassız ödənişləri telefonları ilə qəbul edə bilərlər.

Xüsusi təklifdən yararlanmaq üçün sahibkarlar “mPOS”-u “PAŞA Bank Biznes” paltformalarından pulsuz sifariş edə, 31 dekabra qədər “Visa” kartları ilə ödənişləri 0% komissiya ilə qəbul edə bilərlər.Kampaniya həm cari, həm yeni “mPOS” müştəriləri üçün keçərlidir. Daha ətraflı məlumat üçün linkə keçid edin.

“PAŞA Bank” sahibkarların maliyyə əməliyyatlarını daha rahat, çevik və sərfəli etmək üçün məhsul və xidmətlərini yeniləməkdə davam edir. Bank 2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə “International Investor” və “Euromoney” beynəlxalq nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” elan edilib, həmçinin “Stevie Awards” tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatı qazanan ilk Azərbaycan bankı olub. Bundan başqa, “PAŞA Bank” bu il “Global Finance” nəşri tərəfindən təqdim edilən “World’s Best Private Banks 2025” mükafatlarının qaliblərindən biri olaraq tanınıb.

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər