17 C
Baku
Saturday, October 11, 2025

Tramp ABŞ-də benzinin qiymətinin ucuzlaşacağını gözləyir

ABŞ Prezidenti Donald Tramp ölkədə benzinin qiymətinin bir qallon üçün 2 dollardan (3,785 litr) aşağı düşəcəyini gözləyir.

Bu barədə o, Ağ Evdə jurnalistlərlə görüşündə bildirib.

“Ərzaq qiymətlərində, xüsusən neftin qiymətlərində əhəmiyyətli endirimlərə nail olduq – bir barel üçün 60 dollar həddini keçdik”, – Tramp bildirib.

Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsi yaxın vaxtlarda bir qallon benzinin qiymətinin 2 dollardan aşağı düşməsinə səbəb olacaq. “Bu, ötən ilki səviyyədən təxminən 70 % aşağıdır, bu, əhəmiyyətlidir. Neft ucuzlaşdıqda isə hər şey ucuzlaşır”, – Ağ Evin hazırkı başçısı bildirib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər