17 C
Baku
Saturday, October 11, 2025

“AzInTelecom” kibermüharibə yarışının qalibi oldu

®AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin Kibertəhlükəsizlik komandası “Red Box” Bakıda keçirilən kibermüharibə yarışının qalibi olub.

Yarışma  kibertəhlükəsizlik sahəsində regionun ən mühüm platformalarından biri hesab olunan “CIDC 2025” II Kibertəhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

“Ağıllı şəhərlərdə Kibermüharibə” mövzusuna həsr olunan mübarizədə dövlət və özəl qurumlar, banklar, kritik infrastruktur təmsilçiləri, provayder və operatorlar, həmçinin təhsil müəssisələrindən ümumilikdə 25 kibertəhlükəsizlik komandası iştirak edib. İki gün davam edən yarışmada “AzInTelecom”un “Red Box” komandası yüksək peşəkarlıq və real kibertəhlükə ssenarilərinə çevik reaksiya qabiliyyəti ilə fərqlənərək bütün rəqiblərini geridə qoymağı bacarıb.

“AzInTelecom” bu uğur ilə ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına və peşəkar mütəxəssis hazırlığına verdiyi töhfəni bir daha nümayiş etdirir. Eyni zamanda şirkətin təqdim etdiyi xidmətlərin, xüsusilə bulud bə biometriya əsaslı həllərinin təhlükəsizliyinin yüksək səviyyədə olduğunu göstərir. Şirkət gələcəkdə də tərəfdaşlarına kibertəhlükəsizlik istiqamətində innovativ həllər təqdim etməyə və milli kibermüdafiə bacarıqlarının artırılmasına dəstək göstərməyə davam edəcək.

Qeyd edək ki, “AzInTelecom” MMC 2023-cü ildən etibarən peşəkar mütəxəssislər tərəfindən istifadəçilərin informasiya sistemlərini və məlumatlarını kiberhücumlardan qorumaq məqsədilə kompleks kibertəhlükəsizlik xidmətləri göstərir. 24/7 rejimdə çalışan Təhlükəsizlik Əməliyyatları Mərkəzi ilə müştərilərə müntəzəm olaraq təhlükəsizlik təhlilləri, təhdid analizi və uyğunluq qiymətləndirmələri təqdim edilir. 2025-ci ildən bu sahəyə fokusunu daha da artıran şirkət müştərilərin kibertəhlükəsizlik mühitini gücləndirərək, onların fəaliyyətini daha etibarlı hala gətirmək məqsədi daşıyır.

1

Son xəbərlər
Digər xəbərlər