15 C
Baku
Saturday, October 11, 2025

Zelenski və Tramp arasında telefon danışığı olub

ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Rusiyanın Ukraynanın enerji sektorlarına zərbələri və ölkənin hava hücumundan müdafiə sisteminin gücləndirilməsi imkanlarını müzakirə etdik.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial media səhifələrində məlumat verib.

“Mən ABŞ Prezidenti Donald Trampla danışdım. Yaxşı söhbət oldu, çox məhsuldar oldu”, – deyə Zelenski qeyd edib.

Ukrayna Prezidenti ABŞ Prezidentini uğurlu və faktiki olaraq təmin etdiyi Yaxın Şərq sazişi münasibətilə təbrik edib.

“Bu, güclü nəticədir. Əgər biz bu regionda müharibəni dayandıra bilsək, şübhəsiz ki, digər müharibələr də dayandırıla bilər, o cümlədən bu Rusiya müharibəsi də”, – deyə Zelenski bildirib. Ukrayna Prezidenti, həmçinin qeyd edib ki, söhbət zamanı o, Trampa Rusiyanın Ukraynanın enerji sektorlarına zərbələri barədə məlumat verib.

“Bizi dəstəkləmək istəyinizə görə minnətdaram. Biz hava hücumundan müdafiə sistemimizi gücləndirmək imkanlarını və bununla bağlı hazırladığımız sazişləri müzakirə etdik. Bizi həqiqətən necə gücləndirmək barədə yaxşı variantlar, güclü ideyalar var”, – deyə Zelenski vurğulayıb.

Ukrayna Prezidenti əlavə edib ki, ruslar əsl diplomatiya ilə məşğul olmağa hazır olmalıdırlar.

“Buna güc yolu ilə nail olmaq olar. Sağ olun, cənab Prezident!”, – deyə Zelenski yekunlaşdırıb.

Qeyd edək ki, oktyabrın 11-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər