24 C
Baku
Sunday, October 12, 2025

“Washington Post”: Ərəb dövlətləri illərdir İsraillə gizli əməkdaşlıq edirlər

Ərəb dövlətləri üç ildir ki, İsraillə gizli şəkildə əməkdaşlığı genişləndirirlər.

Bu barədə “Washington Post” yazır.

Məlumata görə, ərəb ölkələri Qəzza zolağında müharibəni pisləsələr də, təhlükəsizlik məsələlərində İsraillə əməkdaşlıq ediblər.

Bildirilir ki, İsrail və altı ərəb dövlətinin hərbçiləri ABŞ Mərkəzi Komandanlığı tərəfindən Bəhreyn, Misir, İordaniya və Qətərdə bir sıra görüşlər keçiriblər.

Nəşr qeyd edir ki, İsrailin sentyabrda Qətərə hava hücumundan sonra bu hərbi əlaqələrdə böhran vəziyyəti yaranıb. Lakin indi məhz həmin əməkdaşlıq Qəzzada atəşkəsə nəzarət məsələsində əsas rol oynaya bilər.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər