7 C
Baku
Monday, March 3, 2025

“Daewoo” şirkəti Azərbaycan Ali Məhkəməsinə müraciət edib

Koreya Respublikasının “Daewoo İnternational Corporation” şirkəti “Evrobank” Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı qaldırdığı iddia əsasında çıxarılan məhkəmə qərarından kassasiya şikayəti verib.

Ali Məhkəmədə keçiriləcək iclas mayın 25-nə təyin edilib.

İşə hakim Kəmallədin Bədəlovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ötən il Koreya şirkəti bankı məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Daewoo İnternational Corporation” şirkəti borcun və dəymiş zərərin ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı rədd edib. Qərardan narazı qalan Koreya şirkəti apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi “Daewoo İnternational Corporation” şirkətin apellyasiya şikayətini təmin etməyib. Şirkət həmin qərardan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Xatırladaq ki, 2015-ci ildə Mərkəzi Bank “Evrobank”ın lisenziyasını ləğv edib.

-Report

Son xəbərlər
Digər xəbərlər