Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Sir Suma Çakrabartinin Azərbaycana rəsmi səfəri başlayıb. Bankın Bakı ofisindən verilən xəbərə görə, Çakrabartinin bir sıra nazirlik və dövlət qurumlarında görüşlər kerçirəcəyi gözlənilir.
Səfər çərçivəsində onun iqtisadiyyat naziri Şahin Mustafayev, Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı və EBRD-nin əməkdaşlıq etdiyi kommersiya bankları ilə görüşləri planlaşdırılır.
Qeyd edək ki, səfər iki gün davam edəcək və mayın 25-də baş tutan mətbuat konfransı ilə səfər yekunlaşacaq.
-Report