19 C
Baku
Tuesday, October 14, 2025

AFB Bank-ın 13%-lik istiqrazları hərraca çıxarıldı

10 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AFB BANK” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 15.10.2025-ci il tarixində başlayıb, 24.10.2025-ci il tarixində bitəcəkdir.

AZ2001008591 İSİN kodlu istiqrazların yerləşdirilməsi 27 oktyabr 2025-ci il tarixində həyata keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “AFB BANK” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2001008591
İstiqrazların növü və forması Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması Kütləvi/ Abunə Yazılışı 
İstiqrazların sayı 50,000 ədəd
İlkin ticarət qiyməti 100 manat
İstiqrazların buraxılış həcmi 5,000,000 manat
İllik gəlirlilik faizi 13%
Ödəmə Periodu İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayının başa çatmasından 3 gün gec olmayaraq ödəniləcəkdir
Tədavül müddəti 2 il
Ticarətə buraxılma tarixi 27.10.2025
Anderrayter  “Assist Finance İnvestisiya Şirkəti” ASC
Son xəbərlər
Digər xəbərlər